Taleh Qaraşov Nərimanabad qəsəbəsində sakinlərlə görüşdü
Dünən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü rayonun Nərimanabad qəsəbə sakinləri ilə keçirib. Rayonun ucqar yaşayış məntəqələrindən olan Nərimanabad qəsəbəsinin sakinlər səyyar qəbulu razılıqla qarşılayıblar. İcra aparatının rəsmi şəxslərinin, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə və xidmət sahələri üzrə təşkilatların rəhbərlərinin iştirak etdiyi səyyar qəbulda vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli yoları araşdırılıb.
Görüş zamanı çıxış edən sakinlər onları narahat edən məsələlərin yerindəcə araşdırılmasını, ərazi vahidliyinin sosial-iqtisadi inkişafı, xüsusilə yaşayış evlərinin kütləvi qazlaşdırılmasını, elektrik təsərrüfatının və rabitə sisteminin müasirləşdirilməsini, çoxmənzilli binaların dam örtüklərinin qış mövsumu ərəfəsində təmirini, yolların asfaltlanmasını onlara göstərilən diqqət və qayğı kimi dəyərləndirərək ölkə rəhbərliyinə minnətdarlıq ifadə ediblər. Onlar qəsəbədə aqrar sahəyə diqqətin artmasını, ərazidə 7 hektarda kivi, 18 hektarda nar, 125 hektarda üzüm yetişdirilməsini, cari təsərrüfat ilində ilk dəfə olaraq barama məhsulunun istehsalını bu qayğının bəhrəsi olduğunu bildiriblər.
Görüşün sonunda İcra başçısı qəsəbənin sosial-iqtisadi və mədəni inkişafı ilə bağlı sakinlər tərəfindən qaldırılan məsələlərin həllindən ötrü imkanların araşdırılması və lazımi tədbirlərin görülməsi məqsədilə aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...