Belarusdan gətirilən itin aeroportda sahibinə gec təhvil verilməsi xəbərinə - Münasibət
“Dekabrın 14-də sosial şəbəkələrdən birində Lyaman Pirkukh adı ilə qeydiyyatdan keçən şəxs öz profilində Belarusdan gətirdiyi ev heyvanı-itin Heydər Əliyev Beynəlxalq Aeroportunun yük terminalında çətin şəraitdə saxlanılması, gec təhvil verilməsi, terminalda veterinarın olmaması və ona qarşı kobud rəftar edilməsi ilə bağlı məlumat paylaşıb”. Bu barədə Dövlət Gömrük Komitəsindən daxil olan məlumatda deyilir.
DGK bildirir ki, yük terminalındakı şəraitə görə gömrük orqanları cavabdeh deyil və gömrük xidməti yalnız ölkəyə gətirilən yüklərin rəsmiləşdirilməsi prosesini həyata keçirir.
“Eyni zamanda, gömrük əməkdaşlarının həmin şəxsə qarşı kobud rəftarı ilə bağlı deyilənlər də həqiqəti əks etdirmir.
Bundan başqa, mövcud qanunvericiliyə görə xaricdən ölkəyə gətirilən heyvanların gömrük rəsmiləşdirilməsinin qeyri-iş saatlarında həyata keçirilməsi və sahibinə təhvil verilməsi üçün həmin heyvanın sahibi və ya onun səlahiyyətli nümayəndəsi əvvəlcədən gömrük orqanına rəsmi şəkildə müraciət etməlidir. Aparılan araşdırma zamanı məlum olub ki, həmin şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin gömrük orqanlarına bu mövzuda müraciəti daxil olmayıb və itin sahibi olan xanım da bunu təsdiq edir.
Onu da qeyd edək ki, yükü daşıyan təyyarə saat 03:40-da hava limanına eniş edib, yükün sahibi olan vətəndaş isə saat 05:15-də terminala yaxınlaşıb. Vətəndaş gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim etmədiyindən ona bu sənədin tərtib olunaraq gömrük orqanına təhvil verilməsi bildirilib. Sənəd təqdim edildikdən sonra gömrük rəsmiləşdirilməsi operativ şəkildə həyata keçirilərək ev heyvanı sahibinə təhvil verilib”, - deyə məlumatda vurğulanır.
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...