“Arsenal”dan “Qarabağ”la oyundakı insidentlə bağlı açıqlama

21:11 15-12-2018 | icon 2579
“Arsenal”dan “Qarabağ”la oyundakı insidentlə bağlı açıqlama

İngiltərənin “Arsenal” klubu Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunda “Qarabağ”la oyunda baş vermiş insidentə görə təhlükəsizlik təbdirlərini gücləndirəcək.

Bu barədə London klubundan “Sky Sports”a bildirilib. “Topçular” dekabrın 13-də baş verən insidentə görə təhlükəsizlik məsələsinə təkrar baxacaq:

 

“Emireyts” stadionunda təhlükəsizlik tədbirləri davamlı gözdən keçirilir. Cümə axşamı baş verən insidentin fonunda kənar şəxslərin meydançaya girməsinin qarşısını almaq üçün daha nələr etməyin mümkünlüyünə baxacağıq. Bizim arenada bu cür hadisələr nadir hallarda baş verir. Təlim keçmiş stüardlarımız bu cür cəhdlərə nəzarət edirlər”.

“Arsenal”ın “Qarabağ”ı 1:0 hesabı ilə məğlub etdiyi matçın 90+3-cü dəqiqəsində erməni azarkeşin "Dağlıq Qarabağ"dakı separatçı rejimin bayrağı ilə meydana daxil olmasına görə UEFA tərəfindən intizam işi açılıb.


Digər xəbərlər

0.28118705749512