“Nargis” əlil uşaqlar üçün xeyriyyə aksiyası keçirdi - Fotolar
Bu gün “Nargis” jurnalı və Fondunun, Macarıstanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında xeyriyyə konserti və yarmarkası keçirilib.
Tədbirin əsas məqsədi sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinə yardım məqsədilə vəsait toplamaqdır. Bu vəsait, məsələn, gözdən əlil və görmə qabiliyyəti zəif olan uşaqların oxu və yazı vərdişlərini mənimsəmələri üçün vacib olan xüsusi Brayl maşınlarının alınmasına xərclənəcək. Konsert proqramında dünya şöhrətli macar musiqiçiləri Endre Hegedyuş və Feliks Layko iştirak edib.
Tədbirin əvvəlində kiçik yarmarka açılıb. Qonaqlar burada Macarıstan istehsalı olan müxtəlif məhsullar, o cümlədən şokolad, salyami alaraq xeyriyyə aksiyasına öz töhfələrini veriblər. Tədbirə tamaşaçı qismində 5 nömrəli internat məktəbinin şagird və müəllim heyəti, gözdən əlil və görmə qabiliyyəti zəif olan uşaqların təhsil aldığı 38 nömrəli musiqi məktəbinin müəllim heyəti dəvət edilib.
Bundan əlavə, tədbirdə Macarıstanın Azərbaycandaki fövqaladə və səlahiyyətli səfiri Viktor Szederkenyi, Baş prokurorunun müavini Xanlar Vəliyev və başqaları da iştirak edib.
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...