İlham Əliyev Qətər əmiri ilə müavinini təbrik etdi
Prezident İlham Əliyev Qətər əmiri Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Əlahəzrət, Qətər Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Qətər xalqına sülh və rifah diləyirəm”.
Dövlət başçısı eyni zamanda Qətər əmirinin müavini Abdullah bin Həməd Al Taniyə təbrik məktubu göndərib.
Təbrik mətnində deyilir: “Əlahəzrət, Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Qətər xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...