Rektordan işçilərə jest - Maaşa bərabər mükafat

19:18 18-12-2018 | icon 2416
Rektordan işçilərə jest - Maaşa bərabər mükafat

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ştatda olan bütün işçilərə maaşları həcmində pul mükafatları verilib.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova imzaladığı əmrə əsasən, universitetin bütün əməkdaşlarına onların maddi rifah halının yaxşılaşdırılması üçün maddi yardım edilib.

Məlumat üçün qeyd edək ki, AzMİU-da işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün hər il Yeni il öncəsi və Novruz bayramı ərəfəsində universitetin professor-müəllim heyətindən tutmuş xidmətedici heyətdə çalışan bütün əməkdaşlarına kimi maddi yardımlar olunur. 


Digər xəbərlər

0.27095198631287