Dəbilqə ilə “28 Mall”a buraxmadılar - Sonra üzr istədilər
““28 Mall” Ticarət Mərkəzinə başımda dəbilqə ilə girmişdim. Mühafizəçi yaxınlaşıb kobud şəkildə dedi ki, dəbilqə ilə girmək olmaz”.
Bu sözləri jurnalist Gülər Mehdiyeva sosial şəbəkədə yazıb. Mühafizəçinin hər hansı bir səbəb göstərə bilmədiyini qeyd edən G. Mehdiyeva qarşılaşdığı halla bağlı rəhbərliyə şikayət etdiyini bildirib:
“Yuxarıda rəhbərlərinə yaxınlaşdım, vəziyyəti izah etdim. O da dedi ki, ticarət mərkəzidir, olmaz. Amma heç yerdə “buraya dəbilqə ilə girmək qadağandır” sözləri yazılmayıb, işarəsi yoxdur”.
Hadisə sosial şəbəkədə paylaşıldıqdan sonra Ticarət Mərkəzində məsələ araşdırılıb və qurum xanımdan üzr istəyib:
“Qarşılaşdığınız xoşagəlməz məsələ tərəfimizdən araşdırılırdı. Baş verən hadisəyə görə qurum adından sizdən üzr istəyirik. Geyindiyiniz dəbilqə qaydalara zidd deyil. Bu kimi halların bir daha yaşanmaması üçün təhlükəsizlik əməkdaşlarına müvafiq təlimatlar verilib. Hadisə barədə bizi məlumatlandırdığınız üçün təşəkkür edirik”.
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...