SOCAR və BP-dən böyük layihə
BP və “SOCAR-Türkiyə” dünya miqyaslı PTA, paraksilol və aromatik karbohidrogen kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə layihəsini dəyərləndirməyə hazırlaşır.
Kompleks “SOCAR-Türkiyə”nin Aliağadakı Xüsusi Sənaye Zonasında yerləşəcək. Bu yaxınlarda fəaliyyətə başlamış STAR neft emalı zavodu və Petkim neft-kimya kompleksi də həmin ərazidə yerləşir
- SOCAR obyektlərinə inteqrasiya və mövcud infrastruktur layihə xərclərinin azaldılmasına imkan verəcək.
- Kompleksdə BP-nin ən son sənaye texnologiyalarından istifadə olunacaq.
- Birgə müəssisə BP və SOCAR-ın regiondakı uzunmüddətli əlaqələri əsasında yaradılacaq .
Artıq BP və “SOCAR-Türkiyə” Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsiplərini imzalayıblar.
Türkiyənin qərbində tikiləcək müəssisədə ildə 1,25 milyon ton təmizlənmiş tereftal turşusu (PTA), 840 min ton paraksilol (PX) və 340 min ton benzol istehsalı nəzərdə tutulur. PTA poliester istehsalında əsas xammaldır. Poliesterlərdən ərzaq və içki konteynerlərinin, qablaşdırma materiallarının, materiyaların, foto və kinoplyonkaların, digər istehlak və sənaye əhəmiyyətli məhsulların istehsalında istifadə olunur.
BP və SOCAR 2019-cu ildə yekun investisiya qərarını qəbul etməyi və 2023-cü ildə yeni zavodu istifadəyə verməyi düşünür.
BP-nin ən son PTA texnologiyası digər PTA texnologiyaları ilə müqayisədə daha aşağı kapital və istismar xərclərinə malikdir. Bu texnologiya bazarda mövcud olan oxşar texnologiyalara nisbətən enerjiyə qənaət edir, daha az su işlədir və daha az bərk tullantı çıxarır.
-
“Yelo Bank” mikrosahibkarlar üçün bahar kampaniyasını başladır
...
-
“Nar”ın satış və xidmət şəbəkəsi artıq Şamaxıda!
...
-
Yelo kart ilə daha çox cashback qazanmağa hazır ol!
...
-
Rövşən Nəcəfə yeni müşaviri təyin edildi
...
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...
-
İllik 9.5% ilə nağd kredit üçün son 3 gün
...
-
Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib
...
-
“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
...
-
Bakıda yeni hava limanı tikilir - Video
...
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...