Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasının  tibb işçiləri əhaliyə nümunəvi xidmət göstərir

10:46 25-12-2018 | icon 2620
Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasının  tibb işçiləri əhaliyə nümunəvi xidmət göstərir

Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər səhiyyə sistemində uğurlu islahatlar aparılmış, tibb müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, təchizat və kadr hazırlığı ilə bağlı mühüm işlər görülmüşdür. Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanası da belə nümunəvi tibb müəsəssidir.Burada göstərilən tibbi xidmət buna bariz nümunədir. Azərbaycan prezidentinin paytaxtdakı tibb müəssisələrində yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, burada də yenidənqurma işləri həyata keçirildi, ən müasir tibbi avadanlığı ilə təchiz olundu. Görülən işlər nəticəsində burada da xəstələrin yüksək səviyyədə müalicəsi, həkim və tibb işçisinin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Xəstəxananın baş həkimi  Azər Xudiyev buraya baş həkim təyin olunandan, burada ilk olaraq sağlam mühit yaradıb. Əmək intizamına ciddi əməl olunur.

Bütün bu işlər baş həkimin təşəbbüsü ilə həyata keçirilib. Bunları biz də gözlərimizlə görmüşük. Buna görə baş həkimə, rəhbərliyə təşəkkür edənlərin çox şahidi olmuşuq. 

Bu yaxınlarda yenə də yolumu xəstəxanaya saldım. Həkimlər iş başında idilər. Hər tərəfdə təmizlik, səliqə-səhman göz oxşayırdı. Gün ərzində bir neçə valideyn ilə söhbət etdim, onlara göstərilən tibbi xidmətin səviyyəsi ilə, hər hansı neqativ hallarla rast gəlib-gəlmədikləri ilə maraqlandım. Həmsöhbətlərim çox səmimi cavab verdilər. Qeyd etdilər ki, baş həkim Azər müəllimdən, xəstəxananın tibb bacılarından, bütün həkimlərdən çox razıyıq. Həkimlərimz düzgün müayinə-müalicə aparır, tövsiyələrini bizdən əsirgəmirlər. Baş həkimdən, şöbə müdirlərindən çoz razıyıq. Onlara öz təşəkkürümüzü bildiririk. Onu da əlavə etdilər ki, xoşagəlməz hərəkətləri burada heç zaman müşahidə etməmişlər. 
Azər həkim işlədiyi bu illər ərzində diqqətli həkim, səriştəli baş həkim kimi tanınmışdır.Yüzlərlə ailəyə sevinc bəxş etmiş və öz şəfalı əlini uzatmışdır. Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasının kollektivi də Azərbaycan dövlətçiliyinə, xalqına, vətəninə sədaqətlə xidmət edən baş həkimləri Azər Xudiyevə güvənir.

P.S. Biz də qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibətilə başda baş həkim Azər Xudiyev olmaqla xəstəxananın bütün kollektivini təbrik edir, onlara uğurlar arzu edirik.


Digər xəbərlər

0.24208402633667