“SupermaM” qrupu “Xeyirxah ürək” adlı xeyriyyə tədbiri keçirib

14:03 25-12-2018 | icon 3401
“SupermaM” qrupu “Xeyirxah ürək” adlı xeyriyyə tədbiri keçirib

Yeni il öncəsi bir çox ailələrə maddi yardım olunacaq

Facebook sosial şəbəkəsinin yalnız analar üçün yaradılan ən məşhur qruplarından biri olan “SupermaM” növbəti, bu dəfə “Xeyirxah ürək” adlı xeyriyyə tədbirini uğurla başa vurub. Belə ki, qrup dekabrın 22-si, Yeni İl öncəsi “Nar Kids Club” tədris mərkəzində uşaqlar üçün maraqlı və əyləncəli tədbir təşkil edib.

Tədbirdə “Nar Kids Club” tədris mərkəzinin şağirdləri tədbirə gələn qonaqlar üçün “Qoğal” tamaşasını nümayiş etdiriblər. Sonra “Family Tram” informasiya portalının mütəxəssisləri tərəfindən uşaqlar üçün Yeni il açıqçaları və oyuncaqlar hazırlamaq üzrə maarıfləndirici-əyləncəli formatda master-klass təşkil olunub. Tədbir daha sonra maraqlı müsabiqələr və əyləncəli proqram ilə davam edib.

Uşaqlara “SupermaM” qrupunun daimi dəstəkçisi olan “MGM Production”, həmçinin “Boutique Cake”, “Torti Party” və “TeriŞŞella” tərəfindən hədiyyələr təqdim olunub.

Məlumat üçün bildirək ki, “SupermaM” qrupu 2014-cü ilin dekabr ayından fəalliyət göstərir və dünyanın müxtəlif nöqtələrində yaşayan 5 ana tərəfindən idarə olunur. Qrupda qadınlara, gələcək analara, uşaqlara aid istənilən mövzular müzakirə olunur, məsləhətlər verilir. Eyni zamanda qrupda təmənnasız olaraq həkimlər analara onlayn rejimdə kömək edirlər.


Digər xəbərlər

0.25897789001465