Prezident Ramil Usubovla açılışda - Foto

14:08 25-12-2018 | icon 2711
Prezident Ramil Usubovla açılışda - Foto

Dekabrın 25-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışı olub.

 Prezident İlham Əliyev açılışda iştirak edib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dövlətimizin başçısına raport verib.

İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Polis Akademiyasının meydanında ucaldılan abidəsi önünə gül dəstəsi qoyub.

Dövlət başçısı yeni tədris binasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra İlham Əliyev xidməti istifadə üçün alınan yeni avtomobillərə baxıb.


Digər xəbərlər

0.26484513282776