“Türkiyə və Azərbaycan hər gün bir-birinə daha da yaxınlaşır” - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Cənab Prezident, Əziz Qardaşım. Doğum gününüz münasibətilə Zati-alinizi xalqım, hökumətim adından və şəxsən öz adımdan ən səmimi hisslərlə və arzularla təbrik edirəm.
Bir tərəfdən öz gücünü ortaq dil, tarix və mədəniyyətimizdən alan qardaşlıq əlaqələrimizin, digər tərəfdən də Azərbaycan Respublikasının qətiyyətli rəhbərliyinizlə gündən-günə inkişaf edərək gücləndiyini məmnunluqla müşahidə edirəm. Türkiyə Respublikası və Azərbaycan Respublikası hər keçən gün bir-birinə daha da yaxınlaşmaqda və əlaqələrimiz güclənməkdədir.
Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Silahlı Qüvvələrinin, Azərbaycan Milli Məclisinin və Qafqaz İslam Ordusunun 100-cü ildönümünü qeyd etdiyimiz bu ildə strateji tərəfdaşlıq səviyyəsindən də daha yüksək səviyyəyə çatdırdığımız əlaqələrimizin rəmzi olan TANAP və “Star” neft emalı zavodu kimi böyük layihələri həyata keçirməyimizdə Zati-alinizin uzaqgörən liderliyinin və mühüm töhfələrinin oynadığı rolu son dərəcə əhəmiyyətli hesab etdiyimi bildirmək istəyirəm.
Zati-alinizə yeni yaşınızda cansağlığı və xoşbəxtlik diləyir, dost və qardaş Azərbaycan xalqına sülh, rifah və əmin-amanlıq arzulayıram”.
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...