“Azərbaycan Narı” döş nişanı təsis edildi - Foto
“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” Azərbaycan Respublikasında narçılığın inkişafında, assosiasiyanın fəaliyyətində xidməti və əməyi olan şəxsləri təltif etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin razılığı ilə “Azərbaycan Narı” döş nişanı təsis edib.
Döş nişanı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Azərsuvenir”(Azərbaycan Suvenirləri) Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehsal olunmuşdur. “Döş nişanı” diametri 40 mm olub 8 guşəli ulduz, nar rəngli mina işləməli üzərində Azərbaycanın üçrəngli Bayrağının rəngləri, 3 ədəd yaqut daş, nar fiquru, nar ağacının yaşıl yarpaqları, sünbül və assosiasiyanın loqosu həkk olunmuş latun (tompak) materiallı, qızıllama olan nişandır.
Qeyd edək ki, ANİİA 2016-ci ilin noyabrından fəaliyyətə başlayıb və ilk günlərdən ölkəmizdə narçılıqla məşğul olan fiziki və hüquqi şəxsləri öz ətrafına toplayıb. Assosiasiyanın 34 üzvü var. Assosiasiyanın Sədri Fərhad Qaraşovdur.
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...