Təmkin Xəlilzadə “Qəbələ”dən ayrıldı - Yeni klubu məlumdur

20:01 29-12-2018 | icon 3467
Təmkin Xəlilzadə “Qəbələ”dən ayrıldı - Yeni klubu məlumdur

“Qəbələ”nin müdafiəçisi Təmkin Xəlilzadə klubdan ayrılıb.

Bu barədə futbolçu sosial şəbəkədə məlumat yayıb:

“Hər şey üçün təşəkkürlər “Qəbələ”. Bir il ərzində özümü evimdəki kimi hiss etdirən komanda yoldaşlarıma, məşqçilərimə və azarkeşlərə təşəkkür edirəm. Komandanın yolu uğurlu və açıq olsun”.

Qeyd edək ki, T.Xəlilzadənin “Sabah”a keçəcəyi bildirilir. Onun transferi üçün “Qəbələ”yə 170 min manat təzminat ödəniləcək.


Digər xəbərlər

0.21708488464355