Ronaldo yenə “Yuventus”u xilas etdi - Video

20:18 29-12-2018 | icon 5299
Ronaldo yenə “Yuventus”u xilas etdi - Video

İtaliya A Seriyasında 19-cu turun oyunları keçirilir.

Lider “Yuventus” “Sampdoriya”nı qəbul edib.

Yayda Turin təmsilçisinə keçən və bu mövsüm vurduğu qollarla “Yuventus”a vacib qələbələr qazandıran Kriştiano Ronaldo bu oyunda da “sözünü deyib”.

2-ci dəqiqədə hesabı açan portuqaliyalı ulduzun qoluna 33-cü dəqiqədə Kvalyarella penalti qolu ilə cavab verib. 65-ci dəqiqədə isə Ronaldo penaltidən fərqlənərək komandasına 2:1 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, hazırda 53 xala malik “Yuventus” ən yaxın izləyicisi “Napoli”ni 12 xal qabaqlayır.

 

 

Digər xəbərlər

0.28934097290039