Onların vəzifəsi yüksəldi

15:51 07-01-2019 | icon 3338
Onların vəzifəsi yüksəldi

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov yeni vəzifəyə təyin olunub. Bu barədə “Qafqazinfo”ya nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Vüqar Hüseynov məlumat verib.

O qeyd edib ki, A. Hüseynov“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin edilib: “ Mən isə şöbədə mətbuat xidmətinin rəhbərinin müavini vəzifəsində çalışırdım. Hazırda isə Anar Hüseynov başqa vəzifəyə təyinat alması ilə əlaqədar mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edirəm”.


Digər xəbərlər

0.26899194717407