“Ziyanla işləyirik, amma qiyməti qaldırmırıq...”
“Bu gün sanatoriyalarımızın əksəriyyəti ziyanla işləyir, buna baxmayaraq, biz qiymətləri artırmırıq. Sanatoriyalarımıza bir yollayışın qiyməti 600 manatdır. Bu, çox ucuz qiymətdir, ancaq biz ziyanla işləsək də, qiymətləri qaldırmırıq. Çünki qiymətləri qaldırsaq, maddi durumu aşağı olan insanların istirahətə getmək imkanı məhdudlaşacaq. Ona görə də çalışırıq ki, vəsait əldə etdikcə, bu çətinlikləri qarşılayaq”.
Bunu Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyev Trend-ə müsahibəsində deyib.
Nəzərinizə çatdırım ki, biz özəl sektordan da istirahət mərkəzlərinə yollayışlar alırıq. Məsələn, Dövlət Neft Şirkəti Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqına əlavə olaraq 3-4 milyon manat pul ayırır. Belə olan halda sahə Həmkarlar İttifaqı ilə Dövlət Neft Şirkəti arasında müqavilə bağlanır, bizdən alınan yollayışlardan əlavə, özəl sektordan da yollayışlar alınıb neft-qaz sahəsində çalışan işçilərə verilir. Ümumilikdə, bizdən alınan və özəl sektordan alınan bütün yollayışları nəzərə alsaq, 2018-ci ildə vətəndaşlara 100 mindən artıq yollayış verilib. Sovet dönəmində yollayışın 30 faizini vətəndaş ödəyirdi. Ölkəmiz müstəqillik əldə etdikdən sonra biz bu ödənişi 5 faizə endirmişdik. 3 il ərzində bu minvalla davam etdi. Sonradan Dünya Bankı, digər beynəlxalq maliyyə qurumları vətəndaş tərəfindən ödənişi yenidən 30 faizə qaldırmağı tələb etdilər. Uzun mübahisələrdən sonra biz ödənişi 30 faizə qaldırmağa imkan verməyərək 15 faizin üzərində dayandıq”.
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...