Tərtər çayı üzərindəki körpü istifadəyə verildi

15:34 10-01-2019 | icon 2947
Tərtər çayı üzərindəki körpü istifadəyə verildi

Bərdə şəhərinin şimal və cənub hissələrini birləşdirən Tərtər çayı üzərindəki körpü artıq istifadəyə verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi artıq qəzalı vəziyyətdə olan körpüdə tikinti işlərini yekunlaşdırıb. Aparılan işlər çərçivəsində köhnə körpü sökülüb və əvəzinə yeni körpünün özülünün və sütunlarının tikintisi aparılaraq başa çatdırılıb, dayaqlar üzərində aşırım tirləri quraşdırılıb.

 

4 aşırımlı körpünün ümumi uzunluğu 126 metr, qabariti isə 11.5 metrdir. Vətəndaşların körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hər bir istiqamət üzrə 1.5 metr enində piyada səkilərinin də tikintisi həyata keçirilib.
Qeyd edək ki, körpünün tikintisinə 2018-ci ilin iyul ayında başlanılmışdı.

 

 

Digər xəbərlər

0.25150609016418