Küləyin sürəti 35 m/saniyəyədək şiddətlənib
Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi saat 23:00-24:00 radələrindən başlayaraq şimal-qərb küləyinə keçib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan bildirilib.
Məlumata görə, küləyin sürəti 18 m/s, Abşeron dəniz rayonunda isə küləyin sürəti 19 m/s-dək güclənib, dalğanın hündürlüyü 3,1 metrə çatıb.
***
Saat 01:55 radələrində Çilov adasında şimal-qərb küləyinin sürəti 25 m/s-dək güclənib.
***
Qərargahdan verilən məlumata görə, 17 yanvar saat 03:00-a olan məlumata görə açıq dənizdə dalğanın hündürlüyü 3,5 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10 dərəcə aşağı enərək 6,3 dərəcə təşkil edir.
***
17 yanvar saat 06:00-a olan məlumata əsasən şimal-qərb küləyi Bakıda 24 m/san, Abşeron yarımadasında 26 m/san, arabir 30 m/saniyədək şiddətlənib, dalğanın hündürlüyü Günəşli yatağında 3,8 metrə çatıb.
***
ETSN-də yaradılan Qərərgahın saat 09:00-a olan məlumatına əsasən şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30- 35 m/saniyədək şiddətlənib. Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...