SON DƏQİQƏ: Düşmən dinc sakinləri atəşə tutdu - Cəbhədə gərginlik

15:04 21-02-2017 | icon 4026
SON DƏQİQƏ: Düşmən dinc sakinləri atəşə tutdu - Cəbhədə gərginlik

Erməni silahlı qüvvələri Ağdam rayonunda dinc sakinləri atəşə tutub

Politika.Az
APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında Ağdamın Ayaq Qərvənd kəndinin otlaq sahələrində çobanlar atəşə məruz qalıblar. Çobanlar atəşdən yayına bilsələr də, kənd sakini Mehman Məmmədova məxsus iki qoyun tələf olub.

Azərbaycan Ordusunun cavab atəşindən sonra düşmən susdurulub, çobanlar ərazidən uzaqlaşıblar.


Digər xəbərlər

0.31412506103516