Azərbaycanın elektrik enerjisi ixracı artıb

08:56 21-01-2019 | icon 2521
Azərbaycanın elektrik enerjisi ixracı artıb

2018-ci ildə ölkə üzrə elektrik enerjisinin ixracı 1 miyard 447,7 milyon kilovat/saat olmaqla 2017-ci illə (1,28 milyard kilovat/saat) müqayisədə 165,2 milyon kilovat/saat artıb.

Bu barədə Energetika Nazirliyinin yaydığı hesabatda deyilir.

Bildirilir ki, il ərzində elektrik enerjisi idxalı isə 131,1 milyon kilovat/saat olmaqla əvvəlki illə (107,8 milyon kilovat/saat) müqayisədə 23,3 milyon kilovat/saat çoxalıb.

 

İxrac olunan 1,44 milyon kilovat/saat elektrik enerjisinin 80,3 milyon kilovat/saatı İranın, 13,45 milyon kilovat/saatı Türkiyə-Gürcüstan tranzitinin, 121,5 milyon kilovat/saatı Rusiyanın, 1,23 milyard kilovat/saatı isə Gürcüstanın payına düşüb.

Ötən il ümumilikdə 131,1 milyon kilovat/saat elektrik enerjisinin 32 milyon kilovat/saatı İrandan, 76 milyon kilovat/saatı Rusiyadan, 23,1 milyon kilovat/saatı Gürcüstandan idxal edilib.


Digər xəbərlər

0.42997288703918