Mehman Hüseynov prezidentə müraciət etdi - Mətn
Həbsdə olan bloqqer Mehman Hüseynov prezident İlham Əliyevə müraciət ünvanlayıb. Yanvarın 20-də imzalanmış müraciətdə deyilir:
“Hörmətli cənab Prezident,
Mən Mehman Hüseynov 2 ilə yaxındır cəza çəkirəm. Bu müddət ərzində cəzaçəkmə müəssəsinin əməkdaşları ilə aramda hər hansı xoşagəlməz hadisə olmayıb. Həmişə çalışmışam rejimə əməl edim. Lakin keçən il 26 dekabrda cəza çəkdiyim müəssisədə insident baş verdi və bu hadisəyə görə mən günahlandırılmışam. Hadisə barədə geniş yazıb vaxtınızı almaq istəməzdim. Sadəcə onu demək istəyirəm ki, baş vermiş hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam.
2 mart tarixində mənim cəzamın vaxtı bitir. Mən bu tarixi çox gözləmişəm. Təzədən məhkum olunmaq, yeni cəza almaq istəmirəm. Mən əvvəllər də dediyim kimi kiminsə hərəkətinə görə məsuliyyət daşımıram. Amma kiminsə mənim vəziyyətimdən özü üçün istifadə etməsini də istəmirəm. Məni yalnız bir şey maraqlandırır. Azadlığa çıxmaq. Mənə yeni cəza verilsə bu tək qalmış 70 yaşlı atam üçün də böyük zərbə olacaq. Onun üçün məni bu vəziyyətdə görmək, tez-tez gəlib mənə baş çəkmək çox çətindir.
Sizdən xahiş edirəm araşdırmanın düzgün araşdırılmasına göstəriş verəsiniz. Sizin müdaxiləniz olsa əminəm ki, mənim işim üzrə qərar ədalətli olacaq”.
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...