“Mehmanın üzərindən qurulan oyun pozuldu”

16:08 22-01-2019 | icon 2281
“Mehmanın üzərindən qurulan oyun pozuldu”

Azərbaycan Prezidenti İlham Əliyev bloqer Mehman Hüseynovun işinin ədalətli araşdırılması haqda tapşırıq verib. Bu Mehmanın eyni mövzuda prezidentə ünvanladığı məktubdan dərhal sonra edilmiş jestdir. Maraqlıdır! Bəzilərənə görə gözlənilən jestdir. Bu cür “bəziləri” çox azdır. Bəziləri üçün isə çox gözlənilməzdir. Bu kateqoriya adamlarsa son dərəcə çoxdur. Və bu çoxluq üçün Prezidentin jesti yəqin ki, həm də külli miqdarda pul itkisi ilə nəticələndi. İki dəstə arasında gedən siyasi oyundan bir gəncin sıyrılıb çıxması mümkün kimi göründü.  Mehmanın qardaşı, dövləti və onun rəhbərini təhqir edən Emin Hüseynovun bundan sonrakı  addımları da bu üzdən çox maraqlı olacaq. 

Gənc blogerin qardaşı Emin Hüseynov hələ Mehmanın məsələsinin Avroparlamentdəki müzakirələrindən sonra, səsverməyə az qalmış, AP üzvlərinə təlaşlı elektron məktub ünvanlayıb. O,  Avropa İttifaqı rəsmisi, komissar Malstromun çıxışında Mehman Hüseynovun aclıq aksiyası keçirmədiyi fikrini söyləməsinin onu şoka saldığını yazıb. Hər halda məlumatlarda belə deyilir.

Azərbaycan Prezidentinin Emin Hüseynovun başladığı söyüş kampaniyasına cavabı yəqin ki, ikiqat şok effekti yaradacaq.

 

Əslində bu cəmiyyətin çoxdan gözlədiyi, arzuolunan addım idi. Təbii bu addımın atılması üçün Mehmanın özünün də  “oyundan çıxmaq” istəyi olmalı idi. Etdiyi müraciət təxminən həmin istəyin mesajıdır.

Həmişə o fikirdəyəm ki, Mehman siyasət adamı deyil.

Mehman jurnalist də deyil. O gördüklərini öz baxış bucağından şərh edən, obyektivlilik məsələsində öz mövqeyindən başqa mövqe tanımayan, emosional, biri idi. Bir də çevrəsinə inanırdı.

Mehman həm də gördüyü işin fanatı idi. Bunu hazırladığı çarxlarda, video materiallarda Mehmanın səmimilik dərəcəsi də göstərirdi. Təəssüf, həm də min dəfə təəssüf… O nə hədəf edildiyini, nə alət olduğunu, nə də qurban verildiyini anlamırdı. Amma “dönərini yeyənlərin ona “xəyanətindən” sonra deyəsən ayıldı". Bu üzdən gənc blogerin Prezidentə müraciəti və martda, cəzası bitən ayda azadlığa çıxmaq istəməsini bildirməsi alqışa layiqdir.  

Mehman iki qruplaşmanın maraqlarına qurban verilən azərbaycanlı gənc olduğunu anladı. Özü də bilmədən siyasi oyuna alət edildiyini bildi. Kimlərinsə layihə yazıb pul qazanmasına maneçilik törətdi. Bu məsələnin Mehmana və onu “xərcləyənlərə” aid tərəfi idi.

Maraqlı olan başqa bir məqam var. Özünə və ailə üzvlərinə qarşı söyüş kampaniyası başladanların qarşısına Azərbaycan Prezidenti Mehmana jest etməklə, şəxsən çıxdı. O, Mehmanın müraciətinin ciddi araşdırılması tapşırığını verdi.

Niyəsə bir əminlik var. Mehmanın üzərindən qurulan oyun pozuldu. İndi yəqin oyunu Azərbaycandan idarə edənlərin ortaya çıxarılması mərhələsi başlayır. Anlayacağınız hələ maraqlı hadisələr bizi gözləyir, ölkə və cəmiyyət olaraq.

Qalır martacan dözmək. Martda Mehman azadlığına qovuşası olsa, çox “sular durulacaq”…

Jalə Mütəllimova


Digər xəbərlər

0.27355599403381