9 sakin Süleyman Mikayılova problemlərindən danışdı

19:43 23-01-2019 | icon 3785
9 sakin Süleyman Mikayılova problemlərindən danışdı

Yanvarın 22-də Qobustan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayon İcra hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.

 

İcra başçısının Qobustan qəsəbəsi üzrə nümayəndəsinin müavini Osman Quliyev hesabat verərək qeyd edib ki, 2018-ci il Qobustan qəsəbəsi üçün olduqca uğurlu bir olub: “Ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq Qobustan qəsəbəsində 17 saylı BŞX-nın binası yenidən inşa edilib. Müasir dövrün tələblərinə cavab verən möhtəşəm xəstəxana binasının açılışında İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva iştirak edib. Təbii ki, görülmüş işlər göz qabağındadır və bütün bunlar qəsəbə sakinlərini ürəkdən sevindirir. Ötən il ərzində qəsəbə ərazisində əhalinin elektrik, su və qaz təchizatında heç bir problem olmayıb. Qəsəbə sakinlərini narahat edən problemlər də Qobustan qəsəbə nümayəndəliyində araşdırılıb, məsələnin həli üçün lazımi tədbirlər görülüb”.

Süleyman Mikayılov qəsəbə sakinlərindən 9 nəfəri fərdi qaydada dinləyib.Sakinləri narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 



 

Digər xəbərlər

0.24643611907959