Əbülfəz Məlikovun yeni sürprizlər paketində nələr olacaq?

19:22 28-01-2019 | icon 2312
Əbülfəz Məlikovun yeni sürprizlər paketində nələr olacaq?

Ölkədə gömrük monopolisti kimi ad çıxaran “TransBroker” MMC-nin direktoru Əbülfəz Məlikovun yenidən fəallaşması sahibkarları bərk narahat etməyə başlayıb. Həmçinin gömrükdə “monopoliya yoxdur” deyən rəsmi şəxslər də nədənsə Məlikovun hansı post tutduğunu gizli saxlamağa çalışırlar.

Bir neçə gün əvvəl məlumat vermişdik ki, baş monopolist Əbülfəz Məlikov Abşeron Logistika Məkrəzinə baş direktor təyin olunub. Maraqlıdır ki, aidiyyatı qurum əvvəlki məlumatlar kimi bunu hələ də nə təsdiq, nə də təkzib edir.

Bütün bunlar bir daha göstərir ki, maraqlı şəxslər Əbülfəz Məlikovun bu posta təyin edilməsini imkan qədər gizli saxlamağa çalışır. Çünki, Məlikovun adı illərdir gömrük monopolisti kimi çəkilir və onun əməlləri üzündən bütün Gömrük sisteminin dəyişdirilməsinə zərurət yaranıb, onlarla gömrük əməkdaşı həbs olunub, işdən çıxarılıb. Bu səbəbdən yenidən ona gömrük işini həvalə etmək cinayətdir.

Elə isə yenidən Əbülfəz Məlikovun daha yüksək posta gətirilməsində zərurət nədir? Niyə monopolist şəxsə  etimad göstərlməlidir?

Daxil olan məlumata görə, Məlikovun aylardır gizli saxlanılan vəzifəsinin üzə çıxarılması müəyyən problemlər yaradıb. Gömrükdə “yeni sistem”ini işə salmağa az qalmış monopolist şəxsin adının yenidən mətbuatda hallanması heç də ürəkaçan olmayıb.

Odur ki, Məlikov və komandası bu xəbərdən sonra hələlik gözləmə mövqeyinə keçiblər. Amma sahibkarlar Məlikovun yeni “sürprizlər paketi”inin nədən ibarət olacağını səbirsizliklə gözləyirlər və bundan bərk narahatdırlar. Əbülfəz Məlikovun yeni sürprizlər paketində nələr var?… Bu suallara çox yaxın günlərdə çılpaqlığı ilə aydınlıq gətirəcəyik.

Daha bir məlumata görə, Əbülfəz Məlikov üçün mətbuatın tapa bilmədiyi yeni vəzifə axtarılır. Abşeron Logistika Məkrəzi əməkdaşlarına isə mətbuat nümayəndələrinin Əbülfəz Məlikovla bağlı verdiyi suallara cavab vermək qadağası qoyulub.(Bizimxeber.az)


Digər xəbərlər

0.30449199676514