Azərbaycanda 15 yaşlı oğlan qadını öldürəndən sonra zorlayıb - Təfərrüat
Füzulidə baş verən dəhşətli qətlin təfərrüatı məlum olub. Istintaq-əməliyyat qrupunun üzvləri 53 yaşlı A.İsgəndərovanın cəsədində 20 bıçaq yarası aşkar ediblər. Bıçaq zərbələri qadının baş, üz və boyun nahiyəsinə endirilib. Bundan əlavə, qurban zorlanıb.
O da məlum olub ki, qatilin 15 yaşı var və o, tüfeyli həyat tərzi keçirir, vaxtaşırı xırda oğurluqlar edir (adı istintaq maraqlarına görə açıqlanmır-red.). Yanvarın 27-dən 28-nə keçən gecə yeniyetmə oğurluq məqsədilə tək yaşayan qadının evinə girib. Bildirilir ki, o, bir dəfə də bu evə oğurluq üçün giribmiş.
Bu dəfə isə cinayətkar pul axtarmaq məqsədilə paltar dolabına soxulub. Dolabın qapısı cırıldayıb və evin sahibəsi səsə yuxudan oyanıb. Oğrunu görən qadın qışqırmağa başlayıb.
Yeniyetmə dərhal onun üstünə cumub və dalbadal bıçaq zərbələrini qadına endirib. Qadının öldüyünə əmin olandan sonra oğlan onun meyiti ilə cinsi əlaqəyə girib.
Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.
-
Yola təkər atan yeniyetmələr saxlanıldı - Rəsmi
...
-
Bu separatçıları da DTX saxlayıb - Onlar kimlərdir?
...
-
David Babayan da həbs olundu - Rəsmi
...
-
Daha bir separatçı həbs edildi - DTX video yaydı
...
-
DTX-nin axtarışa verdiyi əcnəbi Azərbaycana gətirildi
...
-
DTX Vardanyanın ittiham olunduğu maddələri açıqladı
...
-
Mina partlayışlarının baş verdiyi yerdən - Dəhşətli fotolar
...
-
DTX gizlin pul köçürmələri edən şəbəkəni ifşa etdi
...
-
“İşdə ailə sirri ilə bağlı sənədlər var”
...
-
Azərbaycana uçuş aparatı ilə narkotik keçirdi, həbs edildi - Video
...