Kontenin köməkçisi Azərbaycan millisinin baş məşqçisi olacaq
Azərbaycan millisinin baş məşqçi postuna əsas namizəd müəyyənləşib. Qurban Qurbanovun istefasından sonra boş qalan posta böyük ehtimalla italiyalı Anjelo Alessio gətiriləcək.
54 yaşlı mütəxəssis ötən həftə Bakıya gəlib və AFFA-nın inzibati binasında assosiasiya rəhbərliyi ilə görüşüb. Tərəflər arasında danışıqların ilkin mərhələsi onun yığmamızın “sükanı arxası”na keçmək ehtimalını artırıb. Görüş paytaxt restoranlarının birində şam yeməyi ilə yekunlaşıb.
Yığmamızın baş məşqçi postuna əsas namizəd olan italiyalı məşqçilik karyerasına 1998-ci ildə başlayıb. 6 il “Napoli”nin müxtəlif komandalarında çalışan Alessio sonradan “İmolese” (2004-05), “Massese” (2006-07) və “Spal”da (2008) baş məşqçi olub.
İtaliyalı mütəxəssis daha çox məşhur həmyerlisi Antonio Kontenin köməkçisi kimi tanınır. O, son 8 ildə bu mütəxəssisin köməkçisi olub. Alessio 2010-11-ci illərdə "Syena", 2011–14-cü illərdə "Yuventus"da, 2014-16-cı illərdə İtaliya millisində, 2016-18-ci illərdə isə İngiltərə "Çelsi"sində Konte ilə çalışıb. 2012-ci ilin oktyabrından dekabra qədər isə “Yuventus”da baş məşqçi əvəzi olub. O, arxada qalan müddətdə 3 dəfə İtaliya, 1 dəfə İngiltərə çempionu olub, vətənində 2 Superkubok qazanıb.
Məşqçilik fəaliyyətindən öncə isə Alessio İtaliyanın müxtəlif klublarında çıxış edib. Sabiq yarımmüdafiəçi “Avellino” (1984-87 və 1997), “Yuventus” (1987-92), “Bolonya” (1988-89, icarə), “Bari” (1992-95), “Kosensa” (1995-97) və “Modena” (1998) klublarında forma geyinib. Alessio “Yuventus”un futbolçusu kimi UEFA kuboku və İtaliya kubokunu başı üzərinə qaldırıb.(matç.az)
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...