Lənkəranda təhlükəsizlik orqanlarının 100 illiyi qeyd olunub
Fevralın 2-də Lənkəran şəhərində “Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi, Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyəti və rolu” mövzusunda yığıncaq keçirilib.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları Birliyi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yığıncaqdan əvvəl İcra başçısı Taleh Qaraşov və qonaqlar Heydər Əliyev Xatirə Parkında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Sonra qonaqlar Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən müzeydə ulu öndərin həyat və fəaliyyətini əks etdirən şəkillər və eksponatlarla tanış olublar.
Yığıcağı giriş sözü ilə açan İcra başçısı dövlət idarəçiliyi sisteminin təşkili zamanı Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı çox mühüm əhəmiyyətli təsisatlardan birinin də milli təhlükəsizlik orqanları olduğunu qeyd edərək bu orqanların 100 illik yubileyini ölkənin ictimai-siyasi həyatında əlamətdar tarixi hadisə kimi diqqətə çatdırıb.
Natiq çıxışında xüsusi xidmət orqanlarının ötən dövr ərzində böyük inkişaf yolu keçərək fəaliyyətinin təkmilləşməsində və müstəqil dövlətimizin milli təhlükəsizliyinin qarantına çevrilməsində ulu öndər Heydər Əliyevin müstəsna rolu olduğu barədə geniş məlumat verib.
Sonra Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları Birliyinin sədr müavini Azər Qarayev, Milli Qəhrəman Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev və Lənkəran Dövlət Universitetinin tələbəsi Rəşad Paşayev çıxış ediblər.
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...