Bakıda dəhşət - Evli kişi məşhur oteldə azyaşlı qıza təcavüz edib
Bakıda yetkinlik yaşına çatmayan qız evli kişi tərəfindən zorlanıb.
Bu barədə Yenicag.az-a zərərçəkmiş şəxsin atası T.Quliyev (ad şərtidir-red) məlumat verib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs, “Ambassador” otelin marketinq üzrə meneceri Əhmədov Nəriman Asif oğludur. O, işlədiyi “Ambassador” otelin otağında ilkin olaraq 09 noyabr 2018-ci il tarixində yetkinlik yaşına çatmayan azyaşlı qızı zorlayıb.
İddiaya görə, həmin şəxs yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan zaman videoçəkiliş də aparıb. Maraqlı məqam isə ondan ibarətdir ki, hadisə üzə çıxandan sonra 26 yaşlı şəxs telefonunu dəyişdirib və qızla arasında olan yazışmaları silib.
Hadisə ilə bağlı zərərçəkmiş şəxsin atası Bakı Şəhər Prokurorluğuna müraciət edib. Prokurorluq isə öz növbəsində məsələni aidiyyatı üzrə Nəsimi Rayon Polis İdarəsinə yönəldib.
Məlumata görə, hazırda Nəriman Əhmədovla bağlı Cinayət Məcəlləsinin 152.1 maddəsi ilə cinayət işi açılıb. Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək isə təqsirləndirilən şəxslə bağlı ev dustaqlığı qərarı çıxarıb.
Lakin yetkinlik yaşına çatmayan qızın valideynləri qərardan narazıdırlar. Onlar ekspertizanın düzgün rəy vermədiyini bildiriblər. Belə ki, valideynlər tərəfindən zərərçəkmiş şəxs həkim yoxlanışından keçirilən zaman onun bakirəliyinin pozulduğu üzə çıxıb. Bundan başqa, Nəriman Əhmədovda olan infeksion xəstəliklər də qıza keçib.
Valideynin iddiasına görə, bütün sübutlara baxmayaraq, Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahov dəlilləri gözardı edir. Ekspertiza rəyi ilə razılaşmayan valideyn təkrar ekspertizanın keçirilməsini tələb etsə də, iş tələsik Bakı Apellyasiya Məhkəməsinə yönləndirilib.
-
Rəşad Dağlı qətldən əvvəl bıçaq alarkən - Video
...
-
4 milyonluq narkotik dövriyyədən çıxarıldı - Video
...
-
Narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib - DSX
...
-
Rəşad Dağlının həmin gün dedikləri - İlk video
...
-
Azərbaycanda terrorçu cinayət başında saxlanıldı
...
-
DTX və Miqrasiya Xidməti əməliyyat keçirdi, saxlanılanlar var - Video
...
-
DTX və DMX birgə əməliyyat keçirib, Azərbaycanda qanunsuz yaşayan əcnəbilər saxlanılıb
...
-
Hipermarketə silahlı hücumda təqsirləndirilən şəxs məhkəmədə ifadə verib
...
-
Bakıda polis moteldə əxlaqsızlıq yuvası aşkarlayıb
...
-
DTX qondarma rejimin “rəhbərlər”ini belə həbs etdi - Video
...