Azərbaycanda seysmik aktivlik davam edir - 13 saatda 6 zəlzələ oldu + Cədvəl
Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanda seysmik aktivlik müşahidə olunur.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinə (RSXM) istinadən xəbər veririk ki, öncə yerli vaxtla saat 17:24-də Yardımlı stansiyasından 24 km şimal-şərqdə Lerik rayonunda 3,9 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bala yaxın, ətraf yaxın rayonlarda 3 bala qədər hiss olunub.
Daha sonra Ağsuda 2, İsmayıllıda 3 dəfə yeraltı təkan olunub. Ağsuda 4,4 bal gücündəki zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub. Ardınca isə 3 ballıq növbəti təkan baş verib.
İsmayıllıdakı 5,3 ballıq yeraltı təkan episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Bu zəlzələ Şamaxıda dağıntılara səbəb olub. Bir neçə evdə uçqunlar olub, 6 nəfər yaralanıb. Təcili yardım stansiyasına 20-yə yaxın müraciət olub.
İsmayıllıda seysmik aktivlik fonunda daha 3 və 3,9 bal gücündə daha iki yeraltı təkan baş versə də, hiss olunmayıb.
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...