İradə Gülməmmədova qəbul keçirdi - Fotolar

17:46 08-02-2019 | icon 4063
İradə Gülməmmədova qəbul keçirdi - Fotolar

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Görədil kəndində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib. 

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Rayonda kəndlərarası yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini deyən icra başçısı bu istiqamətdə həyata keçirilən işlərin davamlı olacağını, yeni salınan məhəllələrin lazimi kommunikasiya xəttləri ilə təmini istiqamətdə mühüm addımların atıldığını qeyd edib.

Abşeron RİH başçısının Görədil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Hümmətov, Görədil bələdiyyəsinin sədri Arif Məşədiyev hesabat xarakterli çıxış edərək gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri və qarşıda duran vəzifələr barəsində məlumat veriblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

 




Digər xəbərlər

0.25489592552185