Azərbaycan çempionatı keçiriləcək
Fevralın 19-23-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı keçiriləcək. İlk 3 gündə yeniyetmələr, son 2 gündə isə gənclər mübarizə aparacaq.
Yarışın açılış mərasimi fevralın 19-da saat 17:00-da başlayacaq. Görüşlər hər gün 10:00-da start götürəcək. Final qarşılaşmaları isə axşam seansında baş tutacaq.
Birinciliyin proqramı belədir:
Yeniyetmələr
19 fevral
10:00-16:00 Yunan-Roma güləşi üzrə 45, 48, 51, 55, 60, 65 və 71 kq-da ilkin və yarımfinal görüşləri
17:00-17:30 Açılış mərasimi
17:30-21:00 Təsəlliverici və final qarşılaşmaları
20 fevral
10:00-16:00 Yunan-Roma güləşi üzrə 80, 92 və 110 kq-da, sərbəst güləşi üzrə 45, 48, 51 və 55 kq-da ilkin və yarımfinal görüşləri
17:00-20:30 Təsəlliverici və final qarşılaşmaları
21 fevral
10:00-16:00 Sərbəst güləşi üzrə 60, 65, 71, 80, 92 və 110 kq-da ilkin və yarımfinal görüşləri
17:00-20:30 Təsəlliverici və final qarşılaşmaları
Gənclər
22 fevral
10:00-16:00 Sərbəst güləşi üzrə 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq-da ilkin və yarımfinal görüşləri
17:00-20:30 Təsəlliverici və final qarşılaşmaları
23 fevral
10:00-16:00 Yunan-Roma güləşi üzrə 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq-da ilkin və yarımfinal görüşləri
17:00-20:30 Təsəlliverici və final qarşılaşmaları
Qeyd edək ki, yeniyetmələrin yarışı “CBC Sport”, gənclərin turniri isə “İdman Azərbaycan” vasitəsilə yayımlanacaq.
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...