Bakıda çoxmərtəbəli binada yanğın - Fotolar

17:56 25-02-2019 | icon 4849
Bakıda çoxmərtəbəli binada yanğın - Fotolar

Bakıda çoxmərtəbəli yaşayış binası yanır.

 “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

***

Hazırda əməkdaşlarımız yanğın baş verən ərazidədir.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini Etibar Mirzəyev də hadisə yerindədir. 

***

Şəfayət Mehdiyev küçəsində hərəkət məhdudlaşıb.

FHN-in 10-dan artıq yanğınsöndürən maşını əraziyə cəlb edilib.

***

Binada qalan insanlar təxliyyə olunur, onların arasında uşaqlar da var. Həmin şəxslər təcili yardım avtomobili vasitəsilə xəstəxanalara yerləşdirilir.

***

FHN-in qərargah rəisi Əkbər Novruzovun sözlərinə görə, xəsarət alan yoxdur, lakin tüstüdən zəhərlənənlər var.

***

Yanğın baş verən binada zərərçəkənlərdən biri də “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin ailəsi olub. Onlar təxliyyə ediliblər.

***

FHN xəbər verir ki, yaşayış binasında elektrik kabellərində yaranmış tüstülənmənin qarşısı alınıb. 

***

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

 














Digər xəbərlər

0.24852204322815