“Azərbaycan prezidenti ilə görüşməliyik” - Paşinyan
Ermənistan baş naziri Nikol Paşinyan fevralın 27-də İranda erməni icmasının nümayəndələri ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyinin anonsunu verib.
O, görüşdə bildirib ki, Ermənistan hökumətinin əsas prioritetlərindən biri Qarabağın “subyektliyinin səviyyəsinin artırılması”dır.
“Azərbaycan prezidenti ilə görüşməliyik. Bu, gündəmsiz görüş olacaq, lakin onun əsas istiqamətini danışıqlar formatının müzakirəsi təşkil edəcək. Hələ ki, format ətrafında razılığa gəlməmişik, təmasları rəsmi danışıqlar hesab etmək olmaz. Mən Ermənistan adından danışıram, çünki bu ölkənin baş naziriyəm. Mən Dağlıq Qarabağın adından danışmıram”, - deyə erməni baş nazir deyib.
Xatırladaq ki, Prezident İlham Əliyev Baş nazir Nikol Paşinyanla yanvarın 22-də İsveçrədə Davos Dünya İqtisadi Forumu çərçivəsində görüşüb. 1,5 saat davam edən qeyri-rəsmi görüşdə Dağlıq Qarabağ münaqişəsinin hazırkı danışıqlar prosesinin vəziyyəti və gələcək müzakirələr barədə fikir mübadiləsi aparılıb.
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...