İcra başçısı “açıq mikrofon”da - Foto

18:14 06-03-2019 | icon 1790
İcra başçısı “açıq mikrofon”da - Foto

Növbəti “açıq mikrofon” Qaradağ rayonunun Sahil qəsəbəsində keçirilib.

“Açıq mikrofon” şəraitində keçən görüşdə 160-dan artıq sakinin şikayət və təklifi dinlənilib. Çoxmərtəbəli binaların dam örtüklərinin yenilənməsi və fasadlarının təmiri, uşaqların asudə vaxtının səmərəli təşkili üçün binaların həyətlərində oyun meydançalarının yaradılması, ara küçələrin asfaltlanması kimi məsələlər müraciətlərin əsasını təşkil ediblər. Bununla yanaşı işlə təminat, torpaq sahələrinin verilməsi üçün sakinlərin növbəyə götürülməsi kimi məsələlər də dilə gətirilib.

Sakinlərə məlumat verilib ki, çoxmərtəbəli binaların dam örtüklərinin dəyişdirilməsi diqqətdə saxlanılan məsələlərdəndir. Qaradağ rayonunun qəsəbələrində əsas və ara küçələrinin asfaltlanması da gündəmdədir və bu iş mərhələli şəkildə həyata keçiriləcək. Görüşdə səsləndirilən bir çox problemlər yerindəcə öz həllini tapıb. Bir sıra müraciətlər isə araşdırılması üçün qeydiyyata alınıblar.

 





Digər xəbərlər

0.25258302688599