İcra başçısı Od çərşənbəsini sakinlərlə qeyd edib - Foto
Martın 5-də Lənkəran şəhərində Dəmiryol Vağzalı qarşısında, bayramsayağı bəzədilmiş meydanda Novruz bayramının gəlişindən xəbər verən Od çərşənbəsinin təntənəli qarşılanma mərasimi keçirilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, İcra aparatının rəsmilərinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə bayram tonqalı qalanıb, yerli incəsənət ustalarının ifasında maraqlı konsert proqramı səsləndirilib.
Minlərlə lənkəranlının sevinc hissi ilə tamaşa etdiyi Od çərşənbəsi şənliyində şən mahnılar, milli rəqslər, Novruz personajları – Bahar qızın ürəkləri riqqətə gətirən təbrik sözləri, Kosa və Keçəlin şirin, məzəli oyunları tamaşaçılara xoş ovqat bəxş edib.
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...