Superliqa klubu Mahir Mədətovu istəyir

17:33 07-03-2019 | icon 2478
Superliqa klubu Mahir Mədətovu istəyir

“Qarabağ”ın və Azərbaycan millisinin hücumçusu Mahir Mədətov karyerasını Yunanıstanda davam etdirə bilər. 

Bu barədə məlumatı yerli adıçəkilən ölkənin “Sport Time” nəşri yayıb.

Qeyd edilir ki, forvard AEK klubunun maraq dairəsindədir. Hətta futbolçu ilə qış “transfer pəncərəsi” dönəmində danışıqlar olub. Lakin yunanlar onun keçidini yay fasiləsinə qədər təxirə salıblar. Yenidən danışıqlar isə mövsüm başa çatdıqdan sonra start götürəcək. 


Digər xəbərlər

0.27770185470581