Qaraşovun Şiləvar kəndində səyyar qəbulu - Fotolar
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yerlərdə səyyar qəbul görüşlərini davam etdirir.
Növbəti səyyar qəbul-görüş 6 mart 2019-cu il tarixdə rayonun Şiləvar kəndində keçirilib. İcra başçısı aparatının rəsmilərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələri rəhbərlərinin iştirakı ilə keçən qəbul-görüşdə inzibati ərazi dairəsinin sosial-iqtisadi inkişafı və fərdi məsələlərlə bağlı sakinlərin müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı müzakirələr aparılıb.
Sakinlər həyata keçirilən quruculuq-abadlıq işlərinə, yol infrastrukturunun yaxşılaşdırılmasına, aqrar sahədə görülən işlərə verilən dəstəyə görə ölkə Prezidentinə minnətdarlıqlarını ünvanlayıblar. Onlar maddi-məişət şəraitinin yaxşılaşdılması ilə bağlı qəbul olunan qərarları, minimum əmək haqqının, minimum əmək pensiyalarının, müxtəlif təqaüd və müavinətlərin artırılmasını, xüsusilə şəhid ailələrinə birdəfəlik müavinətlərin ödənilməsini, problemli kreditlər məsələsinin həllinə göstərilən köməkliyi dövlətin vətəndaşlarına əvəzsiz qayğısı kimi yüksək dəyərləndiriblər.
Görüşün sonunda icra başçısı verilən təkliflər və qaldırılan məsələlərlə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...