Prezident köməkçisi Nəsimidəki Novruz yarmarkasında oldu - Fotolar

11:37 10-03-2019 | icon 2876
Prezident köməkçisi Nəsimidəki Novruz yarmarkasında oldu - Fotolar

Nəsimi rayonunda S.Pişəvari küçəsi 2 A ünvanında yerləşən “AgroMall” MMC-yə məxus ərazidə növbəti Novruz yarmarkası təşkil edilib.

Yarmarkada Cəlilabad, Beyləqan və Qəbələ rayonlarından olan fermerler, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz qiymətə təklif edirlər. Məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunur.

Azərbaycan Respublikasının Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev və Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov yarmarkanın fəaliyyəti ilə tanış olmuş, satıcılarla, fermerlərlə söhbət edərək onlara yaradılan şəraitlə, satışa çıxarılan məhsulların qiymətləri ilə maraqlanıblar.

Z.Nağdəliyev bildirib ki, məqsəd “Novruz” bayramı ərəfəsində əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, məhsulların çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərin, sahibkarların öz məhsullarını əlverişli şəraitdə yarmarkalarda sata bilmələridir.

Qeyd olunub ki, belə tədbirlər əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında, suni qiymət artımının qarşısının alınmasında və istehlakçıların seçim imkanlarının artırılmasında mühüm rol oynayır.

Yaradılmış şəraitə görə fermerler və alıcılar prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bayram yarmarkasının mart ayının 16-dan 21-dək qeyd edilən ünvanda təşkil olunacaq.

 

 






Digər xəbərlər

0.27145290374756