“Neftçi”dən əzmkar qələbə, vahid lider oldu - Fotolar

21:46 10-03-2019 | icon 2969
“Neftçi”dən əzmkar qələbə, vahid lider oldu - Fotolar

Martın 10-da Topaz Premyer Liqasının 20-ci turuna yekun vurulub.

“Neftçi” səfərdə “Sumqayıt” komandası ilə qarşılaşıb. Görüş “Neftçi” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da, “Neftçi” “Qarabağ”ın xal itirməsindən yararlanaraq turnir cədvəlində vahid liderə çevrilib. “Flaqman” 44 xalla birinci, “Sumqayıt” isə 16 xalla sonuncu – 8-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, turun digər oyunlarında “Keşlə” “Sabah”ı 3:0, “Qəbələ” “Səbail”i 2:1 hesabı ilə üstələyib, “Qarabağ” – “Zirə” matçında isə hesab açılmayıb.

 

 




 

Digər xəbərlər

0.22435903549194