Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyi qeyd edildi - Foto
Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə Nəsimi rayonunda tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi Rayon İdarəsinin bir qrup əməkdaşı, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra tədbir rayon İcra Hakimiyyətinin akt zalında dövlət himninin səsləndirilməsi ilə davam etdirilib.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi Rayon İdarəsinin şəxsi heyətini və təhlükəsizlik orqanlarının veteranlarını təbrik edib.
Bildirilib ki, Sovet hakimiyyəti illərində dövlət təhlükəsizlik orqanlarının fəaliyyəti tamamilə siyasiləşdirilib, hakim kommunist ideologiyasının tələb və prinsiplərinə tabe edilib. Belə bir şəraitdə milli düşüncəyə, doğma xalqına məxsus mənəvi-əxlaqi dəyərlərə sadiq qalmaq xüsusi xidmət orqanı əməkdaşından böyük hünər və cəsarət tələb edirdi. Heydər Əliyev yalnız özünün fenomal şəxsi keyfiyyətləri sayəsində bu çətin missiyanın öhdəsindən layiqincə gəlib.
Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi Rayon İdarəsinin rəisi polkovnik İlham Qasımzadə Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının keçdiyi uzun və şərəfli yol barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Tədbirdə “Alyans” Azərbaycan Respublikasının Xüsusi Xidmət Veteranları Birliyinin sədr müavini Azər Qarayev və Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi Rayon İdarəsinin əməkdaşı Azər Hacıyev çıxış ediblər.
Tədbirin sonunda iştirakçılar Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyinə həsr olunmuş filmə baxıblar.
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...