Qaraşov Şağlakücə kəndində sakinlərlə görüşdü - Foto
Lənkəran Şəhər İcra başçısı Taleh Qaraşovun qrafik üzrə növbəti səyyar qəbul-görüşü martın 19-da rayonun Şağlakücə kənd sakinləri ilə keçirilib.
Icra başçısını, icra aparatının rəsmilərini, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələri rəhbərlərini sevinc hissi ilə qarşılayan sakinlər səyyar qəbula görə minnətdarlıqlarını bildirərək kəndin sosial-iqtisadi inkişafı və fərdi məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.
Görüşdə çıxış edən vətəndaşlar xalqın rifah halının yaxşılaşdılması ilə bağlı ölkə rəhbərliyi tərəfindən verilən fərman və sərəncamları, xüsusilə dövlət başçısının Novruz bayramı ərəfəsində imzaladığı əfv fərmanını əsil humanizm nümunəsi hesab etdiklərini ifadə ediblər. Onlar dövlət qayğısından ruhlanaraq torpağa daha çox bağlandıqlarını, çalışdıqları sahələrdə fəal olduqlarını, xüsusilə kənd təsərrüfatı işlərinin sürətləndiyini, məhsul istehsalının çoxaldığını, gəlirlərinin artdığını xüsusi qeyd ediblər. Görüşün sonunda kənd sakinlərini Novruz bayramı münasibətilə təbrik edən icra başçısı qəbul zamanı qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...