“Min illərdir xurcunumu doldura bilmirəm ki...” - Prezidentlə maraqlı dialoq +Video
Xəbər verdiyimiz kimi bu gün prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.
Dövlət başçısı və birinci xanım sakinlərlə söhbət ediblər.
Daha sonra prezident və xanımı İçərişəhərə gələrək burada “Bahar qalası” festivalı ilə tanış olublar.
Prezident İlham Əliyev: Bayramınız mübarək olsun.
Bahar qız dövlət başçısına bayram xonçası təqdim edib.
Novruz bayramının əsas personajları olan Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər.
Kosa: Cənab Prezident, Mehriban xanım xoş gəlmisiniz. Cənab Prezidentin təkcə bu il qurub-yaratdıqlarını danışsan gələn Novruza qədər bitməz. Bax, indi təkcə birini deyəcəm. Cənab Prezident, min illərdir mən xurcunumu, xonçalarımı doldura bilmirəm ki, bu Keçəlin toyunu edim. Sizin bayramqabağı verdiyiniz sərəncamlardan sonra xurcunlarımız da doldu, xonçalarımız da. Odur ki, bu Keçəlin toyunu rahat edə bilərəm.
Keçəl: Cənab Prezident, təşəkkür edirəm, gəlin, adət-ənənələrimizə uyğun olaraq bu il də yumurta döyüşdürək ki, elimiz-obamız daha da bərəkətli olsun. Qoy bu il də Azərbaycanımızın sorağı eldən-elə, dildən-dilə dolaşaraq hey ucalsın. Bayramınız mübarək olsun.
Prezident İlham Əliyev: Təbrik edirəm, bayramınız mübarək olsun.
Kosa və Keçəl dövlətimizin başçısı ilə yumurta döyüşdürüblər.
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...