Avtobus sərnişinlərinə bayram sürprizi - Fotolar
“Xaliq Faiqoğlu” MMC Novruz bayram münasibətilə istismarında olan marşrut xətləri üzrə sərnişinlərinə sürpriz edib.
Həyata keçirilən aksiya çərçivəsində avtobuslara daxil olan milli geyimli əməkdaşlar Novruzun atributu sayılan və xüsusi dizaynla qablaşdırılmış çərəz və şirniyyatları sərnişinlərə təqdim ediblər. Tədbir zamanı bayram günləri olmasına baxmayaraq sərnişinlərə xidmət göstərən sürücü və dispeçerlərə də hədiyyələr təqdim edilib.
Aksiya zamanı 1000 nəfərə yaxın şəxsə bayram sovqatları verilib. Paytaxt sakinləri, eləcə də şəhərimizdə qonaq olan turistlər diqqətə görə minnətdarlıq ediblər.
Onu da qeyd edək ki, paytaxtımıza turist kimi gəlmiş Fransa, İran, İraq və Türkiyə vətəndaşları milli geyimli xanımlara və şirniyyatlarımıza xüsusi maraq göstərib. Onlara “Xaliq Faiqoğlu” şirkəti barədə qısa məlumat verilib.
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...