Milli Məclisin deputatından ŞOK açıqlama - “Bütün orqanlarımı bağışlamışam”
“2012-ci ildə rəsmi şəkildə elan etdim ki, orqanlarımı bağışlamışam”.
Bu sözləri “Report”a müsahibəsində Milli Məclisin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov bildirib:
“2012-ci ildə Neftçilər Xəstəxanasında Qaraciyər transplantasiyası şöbəsinin açılışı ilə əlaqədar keçirilən tədbirdə rəsmi şəkildə elan etdim ki, orqanlarımı bağışlamışam. Ola bilər ki, o zaman deputat olmadığıma görə bu məsələ diqqət çəkməyib. Bunu hansısa mediatik görüntü üçün deməmişdim, inanaraq demişdim. Özümüzə nə arzu edirik? Sağlam və uzun ömür... “Uzun ömür”deyirik, “ömürlük”, “sonsuz” demirik... Kaş orqanlarımız o qədər sağlam olsun ki, uzun müddət yaşa bilək, ömrü başa vurduqdan sonra isə orqanlarımızı verdiklərimiz fayda görsünlər. Ailəm, övladlarım, qohumlarım, dostlarım bilsinlər ki, insanlara fayda verə biləcək bütün orqanlarımı bağışlamışam”.
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...