“Eurovision 2019” baş tutmaya bilər

16:45 27-03-2019 | icon 3506
“Eurovision 2019” baş tutmaya bilər

“Eurovision 2019” mahnı müsabiqəsi ləğv oluna bilər. Bu barədə “The Jerusalem post” qəzeti məlumat yayıb. 

Müsabiqənin ləğv olunmasına səbəb Həmasın Qəzza ərazisindən Təl-Əvivə raket atması olub. Belə ki, İsrailə atılan raket beynəlxalq layihənin keçiriləcəyi sərgi mərkəzindən 17 km aralıdakı əraziyə düşüb. 

Təhlükəsizliyin təmin olunmadığı ərazidə yarışmanın baş tutması Avropa Yayım Birliyini (EBU) narahat edib. EBU rəsmiləri açıqlamasında  “İsraillə təhlükəsizliyin təmin olunması istiqamətində danışıqlar aparılır. Yalnız müharibə və iri miqyaslı hərbi əməliyyatlar olarsa, “Eurovision 2019” ləğv oluna bilər” – deyə bildirilib.  


Digər xəbərlər

0.22224712371826