“Məhərrəm Əliyevin “Diqlas”la heç bir bağlılığı yoxdur” - Adil Əliyev

17:00 27-03-2019 | icon 1865
“Məhərrəm Əliyevin “Diqlas”la heç bir bağlılığı yoxdur” - Adil Əliyev

Deputat Adil Əliyev ötən gün yanan “Diqlas” ticarət mərkəzinin qardaşı Məhərrəm Əliyevə məxsus olması barədə iddialara cavab verib.

Deputat sosial şəbəkədə status paylaşaraq bildirib ki, qardaşı Məhərrəm Əliyevin nə “Diqlas”, nə də hansısa ticarət mərkəzinə birbaşa və dolayısı ilə bağlılığı var: “O ki qaldı dayımız oğlu Nadir Əzizova, onun ticarət mərkəzinin adı “Ramal”dır. O da Əzizovlar ailəsinə məxsusdur. Hər kəsin obyekti - istər “Diqlas”, istərsə də “ Ramal” özlərinin sağlığına qismət olsun. Bizim qürurumuz, namusumuz şərəfimizdir. Kimsə bilərəkdən yalan məlumat yayırsa, onun namusu, vicdanı və şərəfi sual altındadır”.


Digər xəbərlər

0.27314114570618