Qaradağda DTX işçilərinin peşə bayramı qeyd edildi - Foto

18:52 28-03-2019 | icon 2860
Qaradağda DTX işçilərinin peşə bayramı qeyd edildi - Foto

Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi və 28 mart – Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə bayramı günü münasibəti ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı  Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ rayon şöbəsinin əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə açan icra başçısı Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi və 28 mart – Dövlət Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı münasibətilə bütün orqan işçilərini təbrik edib. 

O qeyd edib ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyəti insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərinə əməl olunması ilə həyata keçirilir.

YAP Qaradağ rayon təşkilatının sədri, deputat Aydın Hüseynov, DTX-nin Qaradağ Rayon İdarəsinin rəisi Rauf İsayev və veteranlar tədbirdə çıxış edərək İlham Əliyevin rəhbərliyi altında dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunması və təhlükəsizlik sahəsində görülən işlərin nəticəsində Azərbaycanın hazırda dünyada ən sabit ölkələrdən birinə çevrilməsində, xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında DTX-nın xüsusi rol oynadığını nəzərə çatdırıblar.

Sonda S.Mikayılov tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ rayon şöbəsinin bir neçə əməkdaşına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

 

 

Digər xəbərlər

0.24515199661255