BMT baş katibindən Əliyev-Paşinyan görüşünə - Şərh

14:32 30-03-2019 | icon 2666
BMT baş katibindən Əliyev-Paşinyan görüşünə - Şərh

BMT-nin baş katibi Antonio Quterriş Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşiyanın Vyana görüşünə münasibət bildirib.

Tərəflərin ilk rəsmi görüşünü alqışladığını bildirən baş katib iki ölkə liderlərinin münaqişə zonasında sülhün möhkəmləndirilməsinə şərait yaratmağa hazır olduqlarını bəyan etməsinin diqqətəlayiq olduğunu söyləyib.

O, həmçinin Azərbaycan-Ermənistan tərəfinin atəşkəsin gücləndirilməsi yönündə cəhdlərini, humanitar problemlərin aradan qaldırılması, eləcə də münaqişənin sülh yolu ilə həlli üçün dialoqun davam etdirilməsinə dair ölkə rəhbərlərinin öz öhdəliklərinə sadiq qalmasını dəstəklədiyini vurğulayıb.

Baş katib eyni zamanda, ATƏT-in Minsk qrupu həmsədrlərinə vasitəçilik etdiklərinə görə təşəkkür edib.


Digər xəbərlər

0.2977728843689