“İlham Əliyevin kəskin bəyanatlar verməməsi alqışlanmalıdır” - Rusiyalı ekspert

13:08 31-03-2019 | icon 3101
“İlham Əliyevin kəskin bəyanatlar verməməsi alqışlanmalıdır” - Rusiyalı ekspert

“Bakı danışıqlar prosesinin formatının dəyişdirilməsini qəbul etmir. Azərbaycan tərəfinin məqsədi ərazilərin heç bir şərt olmadan, əvvəllər qəbul edilmiş sənədlərə əsasən qaytarılmasıdır”.

Bunu Trend-ə rusiyalı ekspert Qriqori Trofimçuk deyib.

O qeyd edib ki, bu, Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə bir daha təsdiqləndi:

“Bununla belə, Ermənistan tərəfi də yeni bəyanatlarından, o cümlədən Dağlıq Qarabağın erməni icmasının danışıqlarda iştirakı barədə tələbindən imtina etmək niyyətində deyil. Əminəm ki, Prezident İlham Əliyev ATƏT-in Minsk qrupu həmsədrlərinin və digər iştirakçıların diqqətini qarşı tərəfin yeni bəyanatlarına cəlb etməyə çalışdı. Elə bu səbəbdən də Azərbaycan lideri görüşdən sonra həmsədrlərin bəyanatını gözlədiyini dedi”.

Həmsədrlərin mövqeyinə gəldikdə isə ekspert bildirib ki, vasitəçilərlə bağlı hər şey dəyişməz qalıb:

“Onlar hələlik “Yeni Yerevan” tərəfindən danışıqlar prosesinin formatının dəyişdirilməsi cəhdlərini görməməyə çalışırlar. Eyni zamanda, ənənəvi olaraq ötən əsrin 90-cı illərindən bəri qəbul olunmuş Qarabağla bağlı sənədlərə sadiqliklərini təsdiq edirlər. Düşünmürəm ki, Azərbaycan rəhbərliyi bu vəziyyətdə çoxtərəfli dialoqların növbəti səmərəsiz onilliyinə sakit şəkildə razı olacaq. Azərbaycan rəhbərliyi müəyyən nəticələr çıxarıb görmək istəyirdi ki, Paşinyanın tərzi Ter-Petrosyanın, Koçaryanın və Sarkisyanın danışıqlardakı tərzindən necə fərqlənir”.

Q.Trofimçukun sözlərinə görə, Prezident İlham Əliyevin təcrübəli siyasətçi kimi görüşün yekununda kəskin bəyanatlar verməməsi və siyasi məsləhətləşmələrə, yəni münaqişənin dinc yolla həllinə hazır olduğunu bildirməsi alqışlanmalıdır:

“Amma istənilən halda baş nazir Paşinyanın danışıqlar prosesinin formatının dəyişdirilməsi, eləcə də separatçı rejimin nümayəndələrinin “masaya daha yaxın əyləşdirilməsi” ilə bağlı "layihələri" reallaşdırılmayacaq, çünki bu, müharibəyə yol aça bilər. Əgər bu mövqe Paşinyanın dediyi kimi, sənədlərlə möhkəmləndirilsəydi, o zaman həmsədrlər 20 ildən çox davam edən danışıqlar prosesində bunu görərdilər və danışıqların qaydalara uyğun davam etməsini tələb edərdilər. Bununla belə, həmsədrlərin özünə beynəlxalq ictimaiyyət qarşısında Ermənistanda 2018-ci ildə baş vermiş siyasi çalxalanmalardan sonra ilk görüşü keçirə və danışıqları əvvəlki məcrasına qaytara bildikləri barədə formal hesabatdan başqa bir şey lazım deyil”.


Digər xəbərlər

0.28550291061401